İstidə təzyiq qalxıbsa, quru meyvə yeyin və bu çayı için

İsti yay aylarında bir neçə səbəbdən təzyiq yüksələ bilər. Bu zaman müəyyən preparatlara üstünlük verilir.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Yevgeniy Arzamastsevin sözlərinə görə, qurudulmuş meyvələr və bəzi bitkilər isti yay aylarında təzyiqin normallaşmasına kömək edir.

Nanə çayı. Nanə və sakitləşdirici təsir göstərən digər otlardan antihipertenziv təsirli çaylar hazırlamaq olar. Bu bitki çaylarının narahatlıq səviyyəsini azaltdığı və nəticədə qan təzyiqinin aşağı düşdüyü göstərilmişdir.

Zoğal suyu. Hipertoniya orqanizmdə mayenin tutulması ilə əlaqədardır, zoğallı içkilər isə sidikqovucu təsir göstərir. Artıq mayenin çıxarılmasını təşviq etməklə, zoğal suyu təzyiqi azaltmağa kömək edə bilər.

Qurudulmuş meyvələrin həlimi. Hipertoniya xəstələrinə tez-tez kalium olan qidalar yemək tövsiyə olunur. Bu təsadüfi deyil. Kalium, toxumalarda mayenin tutulmasına və bununla əlaqədar olaraq qan təzyiqinin artmasına səbəb olan natrium səviyyəsini aşağı salmaq qabiliyyətinə malikdir.

Meyvələrdə, tərəvəzlərdə, giləmeyvələrdə çoxlu kalium var. Onlardan olan içkilər təzyiqi azaltmağa kömək edir.

Təzyiqləri normallaşdırmaq üçün tərkibində kalium və maqnezium olan içkilər uyğun gəlir - bu qurudulmuş meyvələrin həlimi ola bilər: quru ərik, gavalı və s.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı