Milli.Az atv.az-a istinadən xəbər verir ki, hər zaman həyat yoldaşına xüsusi diqqət, qayğı göstərən müğənni Nadir Qafarzadə bu dəfə də əhdinə sadiq qalıb. Ən çətin, kasıb günlərini bir-birinə dayaq olaraq keçirən cütlük sosial şəbəkədə də bu ənənəyə sadiq qalırlar. Nadir Qafarzadə toylardan, tədbirlərdən, gəzinti zamanı çəkilən fotoları sosial şəbəkədə paylaşıb və belə qeyd edib: "Allah bizi ayırmasın, Sevincim".
Milli.Az



