Günvurma bu şəxslərdə ölümə SƏBƏB OLUR

"Günvurma ürək-damar, şəkərli diabet, böyrək çatışmazlığı kimi xroniki xəstəliyi olan şəxslərdə ölümə səbəb ola bilər".

Metbuat.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu professor Yücel Yüzbaşıoğlu deyib. O bildirib ki, günvurma ölüm riski yüksək olan bir xəstəlikdir:

"Günvurma zamanı bədən temperaturunun 40 dərəcənin üstünə qalxması, halsızlıq, süsuzluq kimi hallar müşahidə edilir".

O həmçinin bildirib ki, açıq havada çalışan inşaat və təsərrüfat işçiləri günvurma riski altındadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı