İmişlidə vəzifəli şəxs barəsində cinayət işi başlanıldı

Tikinti işləri zamanı vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması faktına dair cinayət işi başlanılıb.

Metbuat.az xəbər verir ki, İmişli rayon Prokurorluğundan verilən məlumata görə, rayonunun Sarıxanlı bələdiyyəsinin sədri Bakir Məhərrəmovun vəzifə səlahiyyətlərini aşaraq qəbiristanlıq ərazisindəki torpaq sahəsində süxurların qazılaraq daşınmasına qanunsuz olaraq icazə verməsinə, podratçı və subpodratçı şirkətlərin vəzifəli şəxslərinin isə qeyd edilən ərazilərdə işlərin görülməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR