Mülki Məcəllədə edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

Metbuat.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1-ci maddəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilib və aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilib:

“Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı