51 bal toplayan müəllim 35 faizlik artımı alır, 50 balı yığan ala bilmir - Deputat

"Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil".

Metbuat.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, sertifikasiya imtahanında 50 bal toplamış müəllimlərin 35% əməkhaqqı artımları ilə bağlı çoxsaylı müraciətlər daxil olur:

"Məsələ ondadır ki, 51 sualı düzgün cavablandıran müəllimiz 35 faiz artımdan yaranlandığı halda, cəmi 1 düzgünü az, yəni 50 doğrusu olan pedaqoqumuzun əməkhaqqısı 10 faiz artır. Haqlı sual yaranır: niyə 50 bal toplamış və ya 83.3 faiz nəticə göstərmiş müəllimin əmək haqqısı 35 faiz artmır? Əslində, 50 bal toplamış müəllimizin 35 faizlik artımdan yararlana bilməməsi beynəlxalq standartlara uyğun deyil. Çünki əksər beynəlxalq formula, o cümlədən Kembric Qiymətləndirmə Modelinə əsasən, onluğun ilk rəqəmi daha yüksək qiymətləndirmə faizinə daxil edilir. Yəni, qiymətləndirmə 51-60 və ya 81-90 deyil, 50-60 və ya 80-90 olaraq götürülür. Bu baxımdan təklif edirik ki, 50 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna müvafiq qaydalara dəyişiklik edilsin".

O qeyd edib ki, yalnız 50 bal toplamış deyil, 30 baldan çox nəticə göstərmiş digər müəllimlərimiz üçün yeni differensial əməkhaqqı artımları ilə bağlı elm və təhsil nazirinə təkliflər verib: "Elm və Təhsil Nazirliyi ilə hər zaman konstruktiv dialoqumuzun olduğunu və təkliflərimizə diqqətlə yanaşdıqlarını nəzərə alaraq inanırıq ki, sertifikasiya sisteminin təkimilləşdirilməsi istiqamətində də əməkdaşlığımız mümkün olacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı