Elza Seyidacahan "Xəzər"də aparıcılıq edəcək? - Kanaldan AÇIQLAMA

Sosial şəbəkələrdə Əməkdar artist Elza Seyidcahanın Xəzər tv-də veriliş aparacağı ilə bağlı məlumatlar yayılıb.

Metbuat.az xəbər verir ki, telekanal bu məsələ ilə bağlı açıqlama yayıb.

Kanalın ictimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri Ülkər Qasımova bildirib ki, bu barədə yayılan məlumatlar doğru deyil:

"Bəzi media vasitələrində Əməkdar artisti Elza Seyidcahanın Xəzər Televiziyasında veriliş aparacağı ilə bağlı yayılan məlumat barədə bildirmək istəyirik ki, Elza xanımı hər zaman efirimizdə görməkdən və onunla sənətçi, qonaq kimi əməkdaşlıqdan məmnunuq. İstedadlı müğənninin yaradıcılığına böyük hörmətlə qeyd etmək istəyirik ki, hazırda yeni proqram şəbəkəsində Xəzər Televiziyasında belə bir layihə nəzərdə tutulmayıb. Ola bilsin ki, Elza Seyidcahan hər hansı prodüser mərkəzi və ya digər istehsalçılarla əməkdaşlıq həyata keçirir, amma Xəzər Televiziyasında hazırda belə bir layihə barədə məlumat yoxdur".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR