Toplantıya velosipedlə gedən nazir tənqid edildi - VİDEO

İspaniyanın Ekoloji və Demoqrafik Naziri Teresa Riberanın davranışı gündəm olub.

Metbuat.az xəbər verir ki, iqlim sammitinə şəxsi təyyarə ilə gedən qadın nazir toplantı yerindən yüz metr məsafədə limuzindən düşərək, velosipedə minib. Nazir sammitin keçirildiyi mərkəzə velosipedlə gəlib. Bu, nazirin ekoloji cəhətdən təmiz nəqliyyat növünü seçməklə onun iqlim dəyişikliyinə sadiqliyini nümayiş etdirmək cəhdi kimi qəbul edilib. Lakin nazirin davranışı sosial mediada gülüş obyekti olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı