"Bu, Ukraynanın təhlükəsizliyini artırmayacaq" - Putin

“Mən əminəm ki, bu, Ukraynanın təhlükəsizliyini artırmayacaq və beynəlxalq arenada əlavə gərginliyə səbəb olacaq”.

Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlüyü barədə suala belə cavab verib. O, “Rossiya 24”ə açıqlamasında bildirib ki, Ukraynanın NATO-ya üzv olması Rusiyanın təhlükəsizliyinə təhdid yaradacaq.

Ukraynaya çatdırılan uzaqmənzilli raketlərin onlara zərər verdiyini və münaqişə bölgəsində kritik bir dəyişiklik yaratmadığını vurğulayan Putinin sözlərinə görə, eyni hal xarici tanklar və piyada döyüş maşınları üçün də keçərlidir:

“Təkcə iyulun 4-dən bəri 311 tankı məhv etmişik və onların əhəmiyyətli bir hissəsi, məncə, ən azı üçdə biri Qərb istehsalıdır. Ukrayna əsgərləri tez-tez Qərb istehsalı olan tanklara minməkdən imtina edir. Niyə? Onlar hər şeydən əvvəl münaqişə zonasında məhv edilir. Yeni silah tədarükü Ukrayna üçün vəziyyəti daha da gərginləşdirəcək.

Əslində xüsusi hərbi əməliyyatın səbəblərindən biri də, Ukraynanın NATO-ya üzv olması təhlükəsidir. NATO üzv olmaq Ukraynanın təhlükəsizliyinə töhfə verməyəcək. Mən əminəm ki, bu, Ukraynanın təhlükəsizliyini artırmayacaq və ümumilikdə dünyanı çox daha həssas edəcək və beynəlxalq arenada əlavə gərginliyə səbəb olacaq. Ona görə də, mən bunda yaxşı bir şey görmürəm”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı