"Dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz" - Ərdoğan

"Biz bütün dünyaya bəyan etdik ki, milli iradəni tankla, tüfənglə təslim etmək olmaz".

Metbuat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Bəylərbəyi stadionunda keçirilən “Türkiyə Əsrinin Qəhrəmanları” proqramında çıxışı zamanı söyləyib.

Yeddi il öncə iyulun 15-nə keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhdin aradan qaldırıldığını qeyd edən Rəcəb Tayyib Ərdoğan vurğulayıb: “Biz xalq olaraq nəsildən-nəslə danışılacaq böyük bir dastan yazdıq. Biz bütün dünyaya bəyan etdik ki, tankla, topla, tüfənglə milli iradəni təslim etmək olmaz. Biz dünyaya necə birləşmək lazım olduğunu göstərdik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı