"Real"a keçən Ardaya bu klubdan gözlənilməz təklif

“Real Madrid”in yeni transferi Arda Gülərə təklif gəlib.

Metbuat.az xəbər verir ki, "Real Betis" Arda Güləri 1 illik icarəyə götürmək istəyir. "Real Betis" bu barədə təklifi ispan nəhənginə çatdırıb. Futbolçunun maaşının ödənilməsini üzərinə götürən “Real Betis” Arda Güləri hər oyundan oynadacağına dair zəmanət verib. İddialara görə, “Real Madrid” təklifi qəbul etməyib.

Qeyd edək ki, “Real Madrid”lə müqavilə imzaladığı gün açıqlama verən Arda Gülər icarəyə getməyəcəyini və “Real Madrid”in formasını geyinəcəyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR