Ərdoğan Qətərə səfər etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanındakı təmaslarını başa vurduqdan sonra Körfəz səfərinin ikinci dayanacağı Qətərə gedib.

Metbuat.az xəbər verir ki, Ərdoğan Qətərdə bir sıra görüşlər keçirəcək. Ərdoğanın Qətərdə iqtisadi foruma da qatılacağı nəzərdə tutulub.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində iki ölkə arasında 5 müqavilə imzalanıb. Müqavilələrdən biri müdafiə sahəsinə aiddir və razılaşmaya görə, Türkiyə Səudiyyə Ərəbistanına PUA satacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR