Hücumçu axtarışlarını davam etdirən PSJ "Tottenhem"in hücumçusu Harri Keyn üçün sürpriz təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, PSJ Keyn üçün “Tottenhem”ə gənc ulduz Xavi Simonsla yanaşı pul təklif edib. Bu barədə İtalyan jurnalist Canluka Di Marzionu açıqlama verib. Məlumata görə, PSJ Keyni almaq üçün qərarlı görünür. PSJ istedadlı futbolçu ilə yanaşı “Tottenhem”ə hansı miqdarda pul təklifi verdiyi açıqlanmayıb. “Tottenhem”in Simonsun təklif edilməsindən məmnun qaldığı iddia edilir.
Qeyd edilir ki, Harri Keyni “Bavariya” da heyətinə cəlb etmək istəyir. “Tottenhem” “Bavariya”nın 60 milyonluq ilk təklifini rədd edəndən sonra klub 80 milyon avroluq ikinci təklifi göndərib. 29 yaşlı Harri Keynin “Tottenhem”lə müqaviləsi gələn mövsüm başa çatır.