​Kəbənin örtüyü dəyişdirildi

Kəbənin örtüyü dəyişdirilib.

Metbuat.az xəbər verir ki, köhnə örtük götürülərək, yerinə yenisi qoyulub. Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın məlumatına görə, Kəbənin örtüyünün dəyişdirilməsi Hərəmeyn işlərinin rəisi və Kəbənin imamı Sudeysinin rəhbərlik etdiyi qrup tərəfindən həyata keçirilib. Ümumilikdə 45 parçadan ibarət olan Kəbənin örtüyü 850 kiloqram xalis ipək parça üzərindəki motiv və xətlər üçün 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.

Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilinin birinci günü, Məhərrəm ayının başlaması ilə əlaqədar dəyişdirilir. Kəbənin örtüyü Məkkədəki Kral Əbdüləziz Kəbə Örtük Kompleksində 200 mütəxəssis tərəfindən səliqə ilə hazırlanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR