DİM beynəlxalq rus dili imtahanına qeydiyyat elan edib

Dövlət İmtahan Mərkəzi (DİM) ТРКИ (test po russkomu yazıku kak inostrannomu) imtahanına qeydiyyat elan edib.

Bu barədə Metbuat.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan iyulun 27-də keçiriləcək.

İmtahana son qeydiyyat tarixi iyulun 25-dir.

Dövlət İmtahan Mərkəzi SPDU ilə əməkdaşlıq çərçivəsində ТРКИ imtahanını 6 (altı) səviyyə üzrə təşkil edir.

Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən ТРКИ - beynəlxalq rus dili imtahanının yeganə rəsmi test mərkəzi Dövlət İmtahan Mərkəzidir.

İmtahan haqqında daha ətraflı məlumatla DİM-in saytında tanış olmaq mümkündür. İmtahana qeydiyyat linki DİM-in saytında yerləşdirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı