Bakıda yaşayış binası icazəsiz sökülür - 40-a yaxın ailə təhlükədədir

Bakıda yaşayış ola-ola bina sökülür.

Metbuat.az Xezerxeber.az-a istinadən xəbər verir ki, 40-a yaxın ailə təhlükə ilə üz-üzədir.

Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi, 4 ünvanında yerləşən binada yaşayan sakinlər iddia edirlər ki, fevral ayından özünü "İnvest Construction MMC" şirkətinin əməkdaşları kimi təqdim edən şəxslər binanı sökməyə başlayıblar.

Sakinlər iddia edir ki, binanın bir hissəsi söküldüyündən, qaz və suyun verilişində də problemlər yaranıb. Şirkət binadakı 170 mənzilin böyük bir hissəsinin sahibinə kompensasiya ödəyərək razılığa gəlib.

"Amma 40-a yaxın ailə onların şərtləri ilə razılaşmadığından evlərini tərk etmirlər."

Ərazidə söküntü işləri aparan "İnvest Construction MMC" şirkətinin ofisinə getdik. İş günü olmasına baxmayaraq, qapını açan olmadı.

"Sonradan bir daha əlaqə saxlanılıb."

''Xəzər Xəbər''ə şifahi olaraq bildirdilər ki, sökülən binada 122 mənzil sahibi ilə razılaşılıb, müqavilə əsasında bəzilərinə kompensasiya ödənib, bəzilərinin isə kirayə haqqı verilməklə tikiləcək binadan mənzil verilməsi ilə razılığa gəlinib. Şirkətin rəsmi nümayəndəsi əlavə etdi ki, narazı olaraq evlərini tərk etməyən sakinlər bazar qiymətinə uyğun ödəniş tələb etmirlər.

"Onlar hər kvadratmetr sahəyə görə, bizdən 6 min manat tələb edirlər''- deyə "İnvest Construction MMC" bildirdilər.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirdi ki, "İnvest Construction MMC" həmin ünvanda bina tikintisi üçün müraciət etsə də, bəzi dövlət qurumlarının rəyi olmadığı üçün tikinti aparmaq üçün onlara müsbət rəy verilməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı