"Media etikası bizim üçün qırmızı xətdir".
Metbuat.az xəbər verir ki, bunu bu gün Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfrans zamanı deyib.
“Mediada islahatların başlanılması medianın inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir. Bu o demək deyil ki, cəmiyyət və media arasında hər şey rəvan gedir. Bu gün Azərbaycanın vicdanlı jurnalistləri sayəsində qeyri-peşəkarlığın qarşısının alınmasında bir şansımız var. Bu da media əxlaqıdır. Media etikası bizim üçün qırmızı xətdir”,- deyə N.Məmmədli bildirib.