Tanınmış iş adamı kobra ilanı ilə öldürüldü: İşin arxasından sevgilisi çıxdı - FOTO

Hindistanda ağlasığmaz qətl hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, Haldvani şəhərində 30 yaşlı iş adamı kobra ilanı ilə öldürülüb.

Məlumata görə, hadisə 5 nəfər tərəfindən təşkil edilib. Onların arasında iş adamının sevgilisi və ilan təlimçisi də var. Şübhəlilərdən 4-ü qaçıb. İlan təlimçisi isə saxlanılıb. “Hindistan Times” qəzetinin məlumatına görə, iş adamının cəsədi evindən uzaqda tapılıb. İş adamının ayağında ilan sancmasının olduğu müşahidə edilib. Məlum olub ki, Ankit Çauhanı adlı iş adamının sevgilisi və 3 nəfər ilan təlimçisi ilə razılaşaraq, onu öldürüblər. Hadisənin səbəbləri araşdırılır. Şübhəlilərin axtarışları davam edir.

Hindistan bu cinayeti konuşuyor! Yılan terbiyecisi kiraladılar, iş insanını kobrayla öldürdüler

Hindistan bu cinayeti konuşuyor! Yılan terbiyecisi kiraladılar, iş insanını kobrayla öldürdüler


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR