AzTV-dən vəfat edən aparıcı ilə bağlı təsirli süjet - VİDEO

Azərbaycan Televiziyasında yayımlanan "Xəbərlər" verilişi bu gün dünyasını dəyişən aparıcı Natəvan Babayeva ilə bağlı süjet təqdim edib.

Metbuat.az xəbər verir ki, sözügedən kanalın mərhum əməkdaşının Türkiyədən Vətənə gecə saatlarında döndüyü bildirilib.

Daha sonra Babayevanın vəziyyəti pisləşləşdiyi üçün o səhər saatlarında Milli Onkologiya Mərkəzinə yerləşdirilib. Lakin Natəvanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, uzun sürən onkoloji xəstəlikdən Natəvan Babayeva 46 yaşında vəfat edib. O, sabah Salyan rayonunda torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR