Ceyhun Bayramov və Sergey Lavrov telefonda danışıblar - YENİLƏNİB

Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı barədə məlumat yayıb.

Qurumdan Metbuat.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud ikitərəfli münasibətlər, bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində tədbirlər, Azərbaycanla Ermənistan arasında normallaşma prosesi və bu istiqamətdə mövcud çətinliklər müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

17:03

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Metbuat.az bildirir ki, telefon danışığı Azərbaycan tərəfinin təşəbbüsü ilə baş tutub.

Həmkarlar Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas istiqamətləri üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

Nazirlər gələcək təmaslar barədə razılığa gəliblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı