Səhhəti pisləşən Xalq artisti Şahnaz Haşımovadan AÇIQLAMA

Artıq yavaş-yavaş səhhətim yaxşılaşır.

Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:

"İnanıram ki, tezliklə ayağa qalxacağam".

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı