ABŞ Koreya sahillərinə ikinci nüvə gəmisini göndərdi

ABŞ-ın göndərdiyi “USS Annapolis” nüvə sualtı gəmisi Cənubi Koreyaya çatıb.

Metbuat.az xəbər verir ki, bu, ABŞ-ın Koreya yarımadasına göndərdiyi son bir ayda ikinci nüvə sualtı gəmisidir. Məlumata görə, ABŞ-ın Cənubi Koreyaya göndərdiyi “USS Annapolis” sualtı gəmisi Ceju adaları sahillərində mövqe tutub. Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin sözçüsü Jang Do Youngun açıqlamasına görə, silahlarla təchiz edilmiş “USS Annapolis” gəmisi müxtəlif materialları yükləmək üçün Jeju adalarına lövbər salıb. Gəminin təlimlərə cəlb edilib-edilməyəcəyi müzakirə edilir.

Qeyd edək ki, bundan əvvəl ABŞ-ın “USS Kentucky” nüvə sualtı qayığı Busan limanına gəlib. 42 ildən sonra ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı gəmisi “USS Kentucky”ni Cənubi Koreya sularına göndərməsi regionda gərginliyi artırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı