İsveçin xarici işlər naziri Quranın yandırılmasını pislədi

İsveçin xarici işlər naziri Tobias Billström ölkəsindəki Qurana qarşı hörmətsizlikdən, İslama qarşı təhqiramiz hərəkətlərdən təəssüfləndiyini bildirib.

Metbuat.az xəbər verir ki, o belə hadisələri pislədiyini deyib. Məlumata görə, livanlı həmkarı Abdullah Buhabiblə telefon danışığında o bildirib ki, İsveç məsələ ilə bağlı qabqalayıcı tədbirlər həyata keçirmək üçün müzakirələr aparır. Livanın xarici işlər naziri Buhabib İsveçin mövqeyindən məmnunluğunu ifadə edərək, artan islamafobiya və nifrət cinayətlərinin qarşısının alınması üçün əlavə və qəti addımların atılmasını istəyib.

Qeyd edək ki, İsveçdə yaşayan İraq əsilli Salvan Momika Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında Qurani-Kərimi yandırıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı