Turistik ada yanır

Yunanıstan 82 fərqli nöqtədə davam edən yanğınlarla mübarizə aparır.

Metbuat.az xəbər verir ki, Rodos adasında davam edən yanğın hələ də nəzarət altına alınmayıb. Korfu adası da alova qərq olub. Məlumata görə, alov yaşayış məntəqələrinə keçib. 12 yaşayış məntəqəsi təxliyə edilib. Yunanıstanın Yanğından Mühafizə Xidmətinin məlumatına görə, yanğından zərər çəkmiş bölgələrdə qalan turistlər Kasiopi kəndinə təxliyə edilib. Həmçinin Peloponnesin şimalındakı Egio qəsəbəsi yaxınlığında baş verən meşə yanğını səbəbiylə bəzi yaşayış məntəqələri təxliyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR