Qara Qarayev rəsmən "Neftçi"də

“Neftçi” Qara Qarayevin transferini rəsmən açıqlayıb.

Metbuat.az klubun sosial şəbəkə hesabına istinadən xəbər verir ki, Bakı təmsilçisi milli komandamızın sabiq üzvü ilə 2+1 il şərtli müqavilə bağlanıb.

30 yaşlı dayaq yarımmüdafiəçisi 2 nömrəli formanı geyinəcək.

Qeyd edə ki, Qara Qarayev karyerası ərzində yalnız “Qarabağ” klubunda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR