Cin və Rusiya birgə təlimlərdən sonra patrullara başlayır

Çin və Rusiyanın Yapon dənizində 4 günlük birgə təlimdən sonra Sakit Okeanda birgə dəniz və hava patrulları həyata keçirəcək.

Metbuat.az xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat verib. Təlimlərin komandiri kontr-admiral Çiu Vinşinq deyib ki, birgə təlimlər strateji dəniz yollarının təhlükəsizliyini təmin etmək və iki ordunun donanması və hava qüvvələrinin birgə imkanlarını tətbiq etmək baxımından böyük döyüş əməliyyatı olub. Çiu vurğulayıb ki, təlimlər Şimal-Şərqi Asiyada sabitliyi qorumaqla yanaşı, iki ölkə arasında strateji əməkdaşlığı da artırır.

Çin Xalq Azadlıq Ordusunun mətbuat xidmətinin məlumatına görə, iki ölkənin donanması və hava qüvvələrinin iştirak etdiyi hərbi məqsədyönlü təlimlər tamamlanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı