Rusiya, Azərbaycan və Ermənistan liderləri yenidən görüşəcək?

Xəbər verdiyimiz kimi, dünən Moskavada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərli arasında görüş keçirilib.

Metbuat.az xəbər verir ki, üçtərəfli görüşün yekunları üzrə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi planlaşdırılır:

"Ümid edirik ki, danışıqlar prosesi davam edəcək. Biz həm Azərbaycan, həm də Ermənistan tərəfinin vasitəçi kimi təkcə Rusiyanın deyil, digərlərinin də istifadə etməkdə maraqlı olduğunu başa düşürük. Bakı və İrəvana razılaşmaların tapılmasında səmimi şəkildə maraqlı olanların, bizim kimi bu istiqamətdə çalışanların istəyini alqışlayırıq. Amma bu, Azərbaycan və erməni xalqlarının mənafeləri əsasında olmalıdır".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı