Bakıda magistral su kəmərində qəza baş verib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.
Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb.