Kino İttifaqlarının birləşməsinə nazirlikdən REAKSİYA

Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.

Metbuat.az-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib ki, nazirlik hər iki ittifaqın birgə təşəbbüsünü alqışlayır. Birləşən iki ittifaqın idarəetmə məsələləsi ilə bağlı suala isə nazirlik belə cavab verib:

"Növbəti addımlar da ancaq kino ictimaiyyətinin özünün verəcəyi müstəqil qərardır. Öz növbəsində, nazirlik olaraq hər zaman bu sahəyə dəstək göstərməyə hazırıq".

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR