İyulun 26-da, saat 12 radələrində paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsində yerləşən restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Ömərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan Metbuat.az-a bildirilib ki, ilkin araşdırma zamanı 2002-ci təvəllüdlü Rüfət Əkbərlinin iş yoldaşı Azər Ömərovu itələyərək yıxması, nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
14:12
İyulun 26-da saat 12 radələrində Səbail rayonu Bibiheybət qəsəbəsində restoranların birində işləyən 2002-ci il təvəllüdlü Azər Aslan oğlu Ömərovun aldığı xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, ilkin məlumata görə, cinayət hadisəsi onun iş yoldaşı 2002-ci təvəllüdlü Rüfət Əsgər oğlu Əkbərli ilə şəxsi münasibətlər zəminində baş verib.
R.Əkbərli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.