Şərtlərimizi qəbul etmirlərsə, otursunlar yerlərində - Zərdüşt Əlizadə

Ermənistan Azərbaycanla heç bir razılaşma aparmadan İrəvandan Xankəndiyə 19 maşından ibarət "humanitar yük" göndərir. Aİ-nin Ermənistandakı Missiyası və diplomatik korpusu da prosesi izləmək üçün əraziyə gəlib. Azərbaycan XİN bunu təxribat adlandırıb və qarşı tərəfdən bu təxribatlardan əl çəkməsini tələb edib. Azərbaycan erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” və digər alternativ yolları tövsiyə edir.

Metbuat.az bildirir ki, digər bir məsələ isə Ermənistanın bu şousu ilə dünya mediasında təxribata əl atmasıdır. Ermənilər sosial şəbəkələrdə qeyd edirlər ki, guya Azərbaycan Qarabağdakı erməni sakinlərini blokadaya salıb və onların ərzaq təminatlarına maneə törədir. Hətta bu şou daxilində ermənilər uşaqlarının görüntülərini çəkərək özlərinin guya acınacaqlı durumda olduqlarına dair paylaşımlar edirlər.

Mövzu ilə bağlı saytımıza danışan siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, Azərbaycan Laçın postundan yüklərin keçirilməsinə icazə verə bilər, lakin burada şərtlər var:

"Yüklərin Laçın postundan keçirilməsi o halda mümkün ola bilər ki, Qarabağ erməniləri gələcəkləri ilə bağlı Azərbaycan tərəfi ilə danışıqlara başlasınlar. Üstəlik Qarabağın təchizatını Ağdam-Xankəndi yolu ilə təmin etsinlər. Əgər onlar bizim şərtimizi qəbul etsələr, biz onda yükləri buraxa bilərik. Əgər qəbul etmirlərsə, otursunlar yerlərində. Nə qədər istəyirlər yalandan qışqırsınlar ki, biz acından ölürük. Əslində, öz bloqçuları çəkib paylaşırlar ki, Xankəndi bazarları boldur, heç kim acından ölmür".

Zərdüşt Əlizadə prosesi izləmək üçün əraziyə gələn Avropa İttifaqının Ermənistandakı Missiyasının nümayəndələrinin fəaliyyətini belə qiymətləndirir:

"Lap yaxşı. Gətirsinlər. Sonra? Onlar bizə nə edəcklər? Heç nə edə bilməzlər. Onların boş-boşuna olan bəyanatlarına heç kim fikir vermir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı