Kriminal avtoritetin qətli ilə bağlı yeni faktlar üzə çıxdı - VİDEO

Rusiya mətbuatı "qanuni oğru", “Lotu Quli” ləqəbli Nadir Səlifovun qətli ilə bağlı yeni məlumat və iddialar yayıb.

Metbuat.az Baku tv-yə istinadən xəbər verir ki, Lotu Qulinin öz rəqibi, Rafiq Masallılı kimi tanınan Rafiq Eyvazovun sifarişi ilə öldürüldüyünə dair yazılar dərc edilir. Bu, həmin şəxsdir ki, Lotu Qulinin tapşırığı ilə qulağı kəsilib. Başqa sözlə, Nadir Səlifov onun qulağını, o da Nadir Səlifovun ömrünü kəsdi.

“Əməliyyatın maliyyələşdirilməsində hətta Rövşən Lənkəranskinin adamlarının da adı çəkilir", – deyə "Rosbalt" yazıb.

Əməliyyata hazırlıq uzun müddət aparılıb, bunun üçün yüzminlərlə dollar xərclənib.

“Rosbalt" öz mənbəyinə istinadən yazır ki, N.Səlifovun qətli, əslində, "isti izlərlə" açıldığı kimi olmayıb.

Killer Xaqan Zeynalov Lotu Quliyə xüsusi məqsədlə yaxınlaşıb. 20 avqust 2020-ci ildə Antalyadakı otelə gedib və orada Quli ilə görüşüb. Onlar mühafizədən uzaq xüsusi otaqda oturublar. Məqsəd maliyyə ilə bağlı məsələni müzakirə etmək olub. Birdən güllə səsi eşidilib və X.Zeynalov otaqdan qaçaraq N.Səlifova snayperin atəş açdığını deyib. Mühafizəçilər otağa gediblər. Onlar əvvəlcə snayper məsələsinə inanıblar, ancaq qısa müddət sonra məsələnin belə olmadığı aydınlaşıb. Mühafizəçilərdən biri R.Eyvazovun arxasınca gedərək onu tapıb cəzalandırmaq istəyib. Ancaq ikincinin bəxti gətirib, polis onu saxlayıb.

Digər tərəfdən, mənbə bildirib ki, hazırda həbsdə olan R.Eyvazoun durumu o qədər də yaxşı deyil. Çünki Lotu Qulinin həbsdə çox sayda tərəfdarları var. İstintaq göstərib ki, qətlə hazırlıq ciddi aparılıb. Lotu Quli Xaqan Zeynalovla uzun müddət tanış olmasına baxmayaraq, X.Zeynalov onun yaxın ətrafına daxil ola bilməyib. Gözlənilmədən Xaqan Zeynalov Lotu Quliyə maliyyə yükü böyük olan planlar təqdim edib. Məsələn, Lotu Qulinin adından istifadə edərək azərbaycanlı biznesmenlər arasındakı mübahisələri həll etmək təklifini irəli sürüb.

“Ən əsası isə Xaqan Zeynalov Lotu Quliyə icra olunan işlərdən böyük həcmdə “pay" gətirib. Əvvəlcə bu rəqəm onminlərlə dollar olub, daha sonra isə yüzminlərə yüksəlib. Beləliklə, Lotu Quli ona böyük işlər etibar edib. Buna görə də Lotu Qulinin öz qatili ilə mühafizədən kənar söhbət etməsi inandırıcıdır”, – deyə mənbə qeyd edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı