​Sevilən Avropa brendinin Bakıda açılış mərasimi keçirilib - FOTO

Veysəloğlu Şirkətlər Qrupu bu dəfə Avropada keyfiyyəti və münasib qiyməti ilə tanınan “Pepco” brendini Azərbaycan istehlakçıları üçün əlçatan etdi.

Avropanın sevilən və milyonlarla müştərinin qəlbini fəth edən “Pepco” brendinin 27 iyul Bakıda yeni məkanda təntənəli açılış mərasimi keçirilib. İlk mağazasını Polşada açaraq artıq 20 ildir fəaliyyət göstərən brendin hazırda 18 Avropa ölkəsində 3000-dən çox filialı var. “Keyfiyyəti hiss et, qiyməti sev” sloqanı ilə çıxış edən brend müştərilərinə ailə üçün lazım ola biləcək zövqlü, daim trendlərlə ayaqlaşan geniş çeşidli ev əşyaları, aksesuarlar və keyfiyyətli geyimləri sərfəli qiymətlərlə təklif edir. “Pepco” sevənlər artıq özləri, ailələri və evləri üçün müasir trendlərə uyğun, əla təklifləri bir məkanda rahatlıqla tapa bilərlər.

Azadlıq prospekti 151A ünvanında fəaliyyətə başlayan mağazanın açılış mərasimində bir çox mötəbər şəxslərlə yanaşı tanınmış simalar, eləcə də Polşa Respublikasının Səlahiyyətli və Fövqəladə Səfiri cənab Rafal Poborski də iştirak edib.

Brendin eyni gündə Binəqədi şosesi 195E ünvanında digər filialının da açılışı baş tutub.

Onu da qeyd edək ki, “Pepco” brendinə məxsus sevilən məhsulları “Araz” supermarketlər şəbəkəsinə məxsus 28 mağazadan da əldə etmək mümkündür.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı