İmamoğlu Kılıçdaroğlunu istefa verməyə çağırdı

İstanbul Böyük şəhər Bələdiyyəsinin rəhbəri Əkrəm İmamoğlu CHP lideri Kamal Kılıçdaroğlunu istefa verməyə çağırıb.

Metbuat.az xəbər verir ki, İmamoğlu, CHP sədri Kamal Kılıçdaroğlunun adını qeyd etmədən ona çağırış edib. “Demokratik lider gözləntilərin gerisində qalanda istefa verməyi bilməlidir” – İmamoğlu deyib. İmamoğlu qeyd edib ki, 14 May seçkilərində Türkiyədə dəyişiklik istəyi olsa da, müxalifət bu tələbi qarşılaya bilməyib.

İmamoğlu “Yeni bir səyahətə çıxmağı səbirsizliklə gözləyirəm” deyərək, prinsip və yanaşmalarını ortaya qoyacaq manifest paylaşacağını da deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı