Kim Çen In və Sergey Şoyqu hərbi paradı birgə izlədi

Şimali Koreya lideri Kim Çen In və Rusiyanın müdafiə naziri Sergey Şoyqu Pxenyanda keçirilən hərbi parada qatılıb.

Metbuat.az xəbər verir ki, Koreya müharibəsinə (1950-1953) son qoyan atəşkəs razılaşmasının (Qələbə günü) 70 illiyi münasibətilə keçirilən hərbi paradı Kim Çen In və Sergey Şoyqu birgə izləyib. Parad zamanı Şimali Koreyanın “Hwasong-17” və bərk yanacaqla işləyən “Hwasong-18” qitələrarası ballistik raketləri ilə yanaşı, pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Bundan əlavə, hərbi paradda Çindən yüksək səviyyəli nümayəndə heyəti iştirak edib. Bildirilib ki, Şoyqu və Kim Pxenyanda iki ölkə arasında taktiki və strateji müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı