Cengiz Ündər İstanbula gəlir: Razılıq əldə edildi

Türkiyə millisinin oyunçusu Cengiz Ündər yenidən ölkəsində forma geyinəcək.

Metbuat.az "Ntvspor"a istinadən xəbər verir ki, "Fənərbağça" həm oyunçu ilə, həm də klubu "Marsel"lə razılıq əldə edib.

Cengizin yaxın zamanda İstanbula gəlib tibbi müayinədən keçəcəyi və müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, oyunçu ötən mövsüm "Marsel"lə 46 oyuna çıxıb. O, bundan əvvəl "Roma" klubunda çıxış edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR