Parklanma ödənişlərini bu qurumlar yığacaq - FƏRMAN

“Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası”nı təsdiq edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    "Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası" dövlət avtomobil yollarında nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.

    Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Daxili İşlər Nazirliyinin (DİN) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində açılmış büdcədənkənar vəsaitlər üzrə xüsusi xəzinə hesabına yığılır.

    Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bank hesabına yığılır.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı