Azərbaycan Universiadada ilk medalını qazanıb

Azərbaycan Çinin Çendu şəhərində keçirilən XXXI Yay Universiadasında ilk medalını qazanıb.

Metbuat.az bildirir ki, 48 kq-da mübarizə aparan cüdoçu Leyla Əliyeva bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Universiadada Azərbaycanı 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında 87 atlet 16 idman növündə təmsil edir.

Avqustun 8-dək davam edəcək yarışda 113 ölkədən 6 500 tələbə idmanın 18 növü üzrə 269 medal dəsti uğrunda mübarizə aparacaq. Yarışların təşkili üçün 49 arena ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı