Bu müəssisələrə giriş zamanı COVID-19 testi tələbi ləğv edilir

Penitensiar müəssisələrə giriş üçün COVID-19 testi tələbi ləğv olunur.

Metbuaf.az “Qafqazinfo"ya istinadən bildirir ki, avqustun 1-dən vəkillər, müstəntiqlər və digər şəxslər Penitensiar müəssisələrə daxil olmaq üçün koronavirus testindən keçməyəcəklər.

Məlumatı Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən saytımıza təsdiq ediblər.

Qeyd edək ki, bu günə kimi kənar şəxslər istintaq təxridxanalarına həmçinin Xidmətin müalicə müəssəsinə daxil olarkən PCR testindən keçirdilər. Bu isə mütəmadi olaraq müvəkkilləri ilə görüşə gedən vəkillər tərəfindən narazılıqla qarşılanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı