Tanınmış jurnalistə VƏZİFƏ VERİLDİ

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni rəhbərinin kimliyinə aydınlıq gəlib.

Metbuat.az xəbər verir ki, bu vəzifəyə “CBC Sport”un şərhçisi, tanınmış jurnalist Elnur Məmmədli təyin edilib.

Bir neçə namizədin arasında seçim edən AFFA rəhbərliyi yekunda Məmmədlinin üzərində dayanıb.

Xatırladaq ki, futbol qurumunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin sabiq rəhbəri Firuz Abdulla bu yay “Səbail” klubunun icraçı direktoru təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR