“Real”dan Mbappe barədə sürpriz qərar - Transfer nağılı bitdi

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti PSJ-nin futbolçusu Kilian Mbappe barədə diqqətçəkən açıqlama verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, “Real” bu mövsüm Mbappeni transfer etməyə çalışmayacaq. Ançelotti “Real”ın hazırki heyətindən məmnun olduğunu qeyd edib.

“Məncə, transferi bitirdik. Yeni oyunçular çox yaxşı işləyirlər. Brahim Diaz və Joselu göstərdilər ki, hücumda komandaya töhfə verə bilər. Məncə klubun qol vura biləcək bir çox hücum variantları var” - Ançelotti deyib.

Qeyd edək ki, Mbappenin müqaviləsi gələn il başa çatır və onun azad agent kimi “Real Madrid”ə keçmək istədiyi deyilir. “Real”ın isə Mbappeni bu mövsüm transfer etmək istədiyi iddia edilir. Lakin PSJ cari transfer pəncərəsi bitməmiş onu sataraq pul qazanmağı hədəfləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR