“Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldi “Əl-Şəbab”la oyundan sonra davranışı ilə diqqət çəkib.
Metbuat.az xəbər verir ki, Ronaldo heç-heçə başa çatan oyundakı performansından narazı qalıb. Oyun başa çatandan sonra kamera Ronaldonu təqib edib. Bundan qəzəblənən Ronaldo, operatora su atıb. Futbolçu operatorun onu rahat buraxması lazım olduğuna diqqət çəkib. Ronaldonun bu hərəkətinə görə hər hansı cəza alıb-almayacağı hələlik bəlli deyil.