"Oqtay Ağayev oğluna görə səhnədən getdi" - Bacısı danışdı / VİDEO

Azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti mərhum Oqtay Ağayevin bacısı Ofelya xanım "O üz" verilişində bir sıra açıqlamalar edib.

Metbuat.az xəbər verir ki, Oqtay Ağayevin bacısı bildirib ki, mərhum Xalq artisti oğlunun ölümündən pis olduğu üçün səhnədən gedib: "Bilirsiniz, o mərhələ çox ağır keçdi. İnsan var ki, qəbul edir, amma Oqtay qəbullana bilmirdi. Oqtay oğlunun qəhrini çəkə-çəkə getdi. Oğlunu düşdüyü mühit məhv etdi".

Qeyd edək ki, Oqtay Ağayevin oğlu Rəşid atasından bir il əvvəl dünyasını dəyişir. Böyrəyi və ağ ciyəri xəstə olan Rəşid rəhmətə gedəndə 44 yaşı var idi. Oğlunun ölümü sənətkara çox pis təsir edir. 1988-ci ildən o, səhnədən gedib. “Sən - ey uşaqlıq”, “Yadındamı, ötən günlər?”, “Qaytar mənim eşqimi”, “Kimsən sən?” kimi dillər əzbəri olan mahnıların əvəzsiz ifaçısı olan Oqtay Ağayev 2006-cı il, noyabrın 14-də vəfat edib. Onu Fəxri Xiyabanda deyil, Yasamal qəbirstanlığında - anasının yanında torpağa tapşırıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı