İyulun 31-dən etibarən Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Təmir işləri ilə əlaqədar tətbiq edilən məhdudiyyətə uyğun olaraq 3 müntəzəm marşrut xəttinin (112, 136, 146 №-li) hərəkət sxemi alternativ küçələrdən təşkil ediləcək. Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.