"Vaqner" muzdluların işə götürməsini dayandırdı

“Vaqner” muzdlu dəstəsinin sahibi Yevgeni Priqojin şirkətə yeni hərbçilərin alınmayacağını bildirib.

Metbuat.az xəbər verir ki, Priqojin “Vaqner”in teleqram kanalında səsli mesaj yayımlayıb və şirkətin qarşısına yeni hədəflər qoyduğunu elan edib. O bildirib ki, “Vaqner” Afrika və Belarusdakı təlim mərkəzlərində fəaliyyətini davam etdirəcək. Priqojinin sözlərinə görə, zərurət yaranarsa, muzdluların işə götürülməsi bərpa oluna bilər. Priqojinin sözlərinə görə, “Vaqner” üzvlərinin əksəriyyəti məzuniyyətdədir.

Priqojin Rusiyanın maraqlarını nəzərə alaraq, lazım gəldikdə yeni qruplar üçün muzdluların işə götürülə biləcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı