Naxçıvanda bu şəxslərə güzəştlər tətbiq ediləcək

Naxçıvan MR-nın İşsizlikdən Sığorta Fondu işsiz vətəndaşların işə qəbul edilməsi üçün bir sıra güzəştlər tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, bunu Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyasında muxtar respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanuna dəyişik edilməsi ilə bağlı aparılan müzakirələr zamanı deputatların suallarını cavablandırarkən bildirib.

Nazir qeyd edib ki, işsiz vətəndaşlar işə qəbul edilərkən 1 il ərzində əməkhaqqının 50 %-ni Fond ödəyəcək: "Bu da sahibkarların daha çox işçi qəbul etməsinə dəstək olacaq. Bununla bağlı işəgötürənlərin iştirakı ilə maarifləndirici görüşlər keçiriləcək".

Qeyd edək ki, hazırda Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası keçirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı