Ançelotti Arda ilə bağlı yekun qərarını verdi

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti zədələndikdən sonra heyətdən çıxarılan Arda Gülərin yerinə 18 yaşlı digər gənc istedada şans verəcək.

Metbuat.az xəbər verir ki, Ançelotti bir sıra variantları nəzərdən keçirir. Onların arasında ən uyğun olan seçim Niko Paza şans verməkdir. “El Desmarque”nin xəbərinə görə, sağ dizində menisk yırtığı olan və aylarla meydandan uzaq qalacağı gözlənilən Ardanın yoxluğunda italiyalı məşqçi Niko Paza şans verəcək. İddia edilir ki, "Real" kvota açmaq üçün Ardanın lizensiyasını dondurmağı nəzərdən keçirir.

Qeyd edək ki, Arda Gülər zədəsini sağaltmaq üçün əməliyyat olunmasa 3 aya, əməliyyat olunarsa 5 aya meydana qayıdacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı