PSJ Mbappe savaşında “Real”a qarşı ən böyük kartını oynadı

Klian Mbappenin transferi ilə bağlı “Real Madrid” və PSJ arasında böyük transfer savaşı var.

Metbuat.az xəbər verir ki, PSJ artıq Mbappenin rədd cavabına görə futbolçu ilə müqaviləni 2025-ci ilin yayına qədər uzatmaq variantını aktivləşdirə bilməyib. Çünki, bunun üçün sözləşmədə göstərilən müddət iyulun 31-də başa çatıb. Dərc edilən xəbərlərə görə, “Real Madrid”in Mbappe ilə müqaviləsi var. 24 yaşlı futbolçu azad agent kimi PSJ-dən ayrılarsa “Real”ın onu almaq üçün nəzərdə tutduğu 160 milyon avro Mbappenin özünə çatacaq. Məlumata görə, belə razılaşmaların futbolçunun müqaviləsinin bitməsinə bir il qalmış imzalanması FİFA tərəfindən qadağandır. “The Telegraph” qəzetinin xəbərinə görə, “Real”ın Mbappe ilə gizli müqavilə imzaladığını irəli sürən PSJ məsələni FİFA-ya şikayət edəcək. Tərəflərin gizli müqavilə imzaladığı sübut edilərsə, bu “Real”ın Mbappeni transfer etməsini təhlükəyə ata bilər.

“Real” FİFA-nın mümkün qadağasından yayınmaq və Mbappeni əlindən buraxmamaq üçün transfer məbləğini PSJ-yə ödəyərək futbolçunu almaq məcburiyyətində qala bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı