"Barselona" istəyirdi, "Fənərbaxça" alır

Transfer fəaliyyətlərini davam etdirən “Fənərbaxça” transfer siyahısına Cengiz Ünder, Ekambi və Krunicdən sonra Yannik Karraskonu da əlavə edib.

Metbuat.az Türkiyənin “Sabah” qəzetinə istinadən xəbər verir ki, “Fənərbaxça” futbolçu ilə danışıqlara başlayıb. Bildirilir ki, “Atletiko Madrid”lə bir illik müqaviləsi olan futbolçu başqa kluba keçməyə qarşı deyil. İddialara görə, Karaskonu “Barselona” klubu da heyətinə cəlb etmək istəyir. Məlumata görə, “Fənərbaxça”nın təklifi 29 yaşlı futbolçunu cəlb edib və o danışıqlara başlamağa razılıq verib.

Qeyd edək ki, belçikalı futbolçu karyerası ərzində 420 oyunda 91 qol vurub, 85 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR