"O nə bilir sənət nədir, efirdə ora-burasını göstərir" - Xalq artisti

Müğənni Roza Zərgərlinin qonaq olduğu verilişlərin birində ədəbsiz söhbət Xalq artisti Əbdül Mahmudovu qəzəbləndirib.

Metbuat.az "Bizim.media"ya istinadla xəbər verir ki, Roza Zərgərli həkimi barədə danışarkən "Bu həkimi çox bəyənirəm" deyib. Bundan sonra verilişin aparıcısı ona "O səni yaxşı tikir?" deyə soruşub. Roza Zərgərli "Hə, həm "moskovski" də, "bakinski" tikir" - deyib.

R. Zərgərlinin bu mükaliməsi sosial şəbəkələrdə qınağa tuş gəlib. Xalq artisti Əbdül Mahmudov da sərt təpki göstərib:

"Roza Zərgərlinin bu cür danışmasında təəccüblü heç nə yoxdur. Çünki Roza nə bilir sənət nədir?! Ona görə bildiyi şeydən danışır. Günah Rozada deyil, günah onu çəkilişə dəvət edəndə, bir də bizlərdədir. Belələrini toylarımıza çağırıb, yarım saatına 3-4 min pul verəndə onlar da özlərini böyük sənətkar sayacaqlar da. Efirə çıxanda ya orasın-burasın göstərir, ya da bu cür tərbiyəsiz söhbətlər edir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı